29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ekspert: AMEA-da institutlar bir-birini təkrarlayır

03.06.2019

AMEA-nın tərkibində olan institutlarda elmi tədqiqatların aktivliyini gücləndirmək lazımdır.
Bu sözləri Prezident İlham Əliyevin bir müddət əvvəl AMEA-da struktur islahatlarının aparılmasına dair verdiyi fərmanın icra müddətinin başa çatmaqda olması ilə bağlı danışan təhsil eksperti Etibar Əliyev deyib. O bildirib ki, hazırda AMEA-dakı reallıq burada islahatlar aparılmasını vacib amilə çevirib və Prezident fərmanı da bu reallığı əhatələyir:
"Bu gün elmi məqalələrin kəmiyyət yarışı başlayıb. Hansı institut və ya universitet alimlərinin daha çox məqaləsinin dərc olunmasına önəm verirlər. Keyfiyyət faktoru arxa plana keçib. Digər tərəfdən isə gənc alimlərinin motivasiya olunması və elm sahəsində irəli çəkilməsi halları çox ləng gedir. Bunlar elmdə ətalətin davam etməsinə şərait yaradır. Əlbəttə, alimlərin əməkhaqları da aşağıdır. Həmçinin otaqlarda kompüter təchizatı, internetə çıxış, kitabxanaların vəziyyət arzulanan səviyyədə deyil. Düşünürəm ki, ciddi struktur islahatları ilə Akademiyada dönüş yaratmaq olar”.
Ekspert onu da bildirib ki, AMEA-da bəzi institutlar bir-birini təkrarlayır:
"AMEA-da bir-birini təkrarlayan, hətta elmi tədqiqat istiqamətləri də eyni olan institutlar var. Düşünürəm ki, onların birləşdirilməsi mütləqdir. Hesab edirəm ki, nüfuzlu, xüsusən akademik titulu daşıyan institut direktorları bu birləşmələrə mane olmamalıdır, əksinə, dəstək verməlidir. Təəssüf ki, hələlik bunu müşahidə etmirəm”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmana əsasən, təkliflər 6 ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.