09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin-Ərdoğan görüşündən öncə Rusiyadan ÖNƏMLİ AÇIQLAMA

03.04.2018

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putinin Türkiyəyə edəcəyi səfərlə bağlı bəzi detalları açqlayıb. O, Türkiyə ilə iqtisadi əlaəqələri genişləndirməyi planlaşdırqılarını bəyan edib.
"Dövran Media" xəbər verir ki, prezidentin köməkçisi Türkiyə ilə Rusiya arasında sənaye, nəqliyyat və tikinti sahələri üzrə də müzakirələrin aparılacağını deyib.
Yuriy Uşakov bildirib ki, "GAZEL Business" layihəsi çərçivəsində nəqliyyat vasitələrinin quraşdırılması ilə bağlı istehsal sahəsində bir iş birliyi qurula bilər.
Prezidentin kömkçisi daha sonra Rusiyanın avtomobil nəhənglərindən olan "GAZ Grup"un Türkiyədə də filalının açılacağını bildirib. O, "GAZ Grup"la birgə GAZel Next, Ural Next və yeni avtobus modelləri ilə Türkiyədə biznes əlaqələrini genişləndirəcəklərini qeyd edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aprelin 3-4-də Türkiyəyə səfər edəcək. Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşəcək. Tərəflər energetika sahəsinə dair strateji layihələri, Suriya məsələsi də daxil olmaqla, regional və beynəlxalq problemləri müzakirə edəcək.