Traktor oyununda insident - VİDEO 
    
                          
     
                         03.06.2019
 
    
                        Rusiyanın Rostov vilayətində keçirilən "Bizon Trek Şou" zamanı yarışa çıxan traktorlardan biri idarəetməni itirərək jurnalistlərin üstünə gedib. Xoşbəxtlikdən traktor saman bağlamalarına çırpılaraq dayanıb. Videogörüntüləri Telegram-kanal yayıb.
Videoçarxda göründüyü kimi, qəza nəticəsində ölən və yaralanan olmayıb.
Lakin yarışları işıqlandıran jurnalistlərin kamera və mikrofonlarına ciddi ziyan dəyib.