29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Futbolçularımızın yeni qiymətləri

03.06.2019

"Transfermarkt” nəşrinin alman dilində fəaliyyət göstərən versiyasında futbolçuların yeni qiymətləri dərc olunub.
Onların arasında Futbol üzrə Azərbaycan milli komandasının futbolçuları da var.
Hazırda millimizin ən dəyərli futbolçusu Riçard Almeydadır ("Qarabağ”). Milliləşdirilmiş futbolçunun dəyəri 100 min avro artıb və 1,6 milyon avroya çatıb.
İkinci sırada yenə "Qarabağ” klubunda çıxış edən Maksim Medvedev qərarlaşıb. Onun dəyəri 100 min avro artıb və 1,3 milyon avroya çatıb. Siyahıda 3 və 4-cü yerləri Bədavi Hüseynov və Mahir Emreli paylaşır. "Qarabağ" forması geyinən bu futbolçuların qiyməti 1,2 milyon avrodur. Onların komanda yoldaşları Qara Qarayev və Rusiyanın "Krılya Sovetov" komandasında çıxış edən Ramil Şeydayev 1 milyon avro dəyərindədir. Şeydayevin dəyəri 500 min artaraq 1 milyon avroya qalxıb.
Ümumilikdə, millimizin 26 futbolçusu 16 milyon 775 min avro dəyərindədir.
Riçard Almeyda (Qarabağ) - 1,6 milyon avro (+100 min avro)
Maksim Medvedev (Qarabağ) - 1,3 milyon avro (+100 min avro)
Mahir Emreli (Qarabağ) - 1,2 milyon avro (+200 min avro)
Bədavi Hüseynov (Qarabağ) - 1,2 milyon avro (+200 min avro)
Qara Qarayev (Qarabağ) - 1 milyon avro
Ramil Şeydayev (Krılya Sovetov, Rusiya) - 1 milyon avro (+500 min avro)
Emin Mahmudov (Neftçi) - 900 min avro
Səlahət Ağayev (Neftçi) - 700 min avro (+100 min avro)
Anton Krivotsyuk (Neftçi) - 600 min avro (+100 min avro)
Aleksey İsayev (Sumqayıt) - 600 min avro (+150 min avro)
Dmitri Nazarov (Aue, Almaniya) - 600 min avro (-100 min avro)
Mirabdulla Abbasov (Neftçi) - 550 min avro (-100 min avro)
Bəhlul Mustafazadə (Qəbələ) - 500 min avro (+250 min avro)
Şəhriyar Rəhimov (Səbail) - 500 min avro (+100 min avro)
Pavel Paşayev (Aleksandriya, Ukrayna) - 500 min avro
Araz Abdullayev (Qarabağ) - 500 min avro
Ömər Buludov (Neftçi) - 450 min avro (+200 min avro)
Namiq Ələsgərov (Neftçi) - 450 min avro (+50 min avro)
Emil Balayev (Tobol, Qazaxıstan) - 400 min avro (+250 min avro)
Ağabala Ramazanov (Səbail) - 400 min avro (+150 min avro)
Əli Babayev (sərbəst) - 400 min avro (+100 min avro)
Rahil Məmmədov (Qarabağ) - 400 min avro
Rəşad Eyyubov (Sabah) - 300 min avro (+50 min avro)
Rüfət Dadaşov (Proysen Münster, Almaniya) - 275 min avro (+25 min avro)
Şahruddin Məmmədəliyev (Qarabağ) - 250 min avro
Renat Dadaşov (Eştoril, Portuqaliya) - 200 min avro
Qeyd edək ki, hazırda dünya miqyasında ən dəyərli futbolçu Fransa millisinin üzvü Kilian Mbappedir. PSJ-nin ulduzunun 200 milyon avro qiyməti var. Onu komanda yoldaşı və Braziliya yığmasının hücumçusu Neymar 180 milyon avro ilə izləyir. "Barselona” və Argentina millisinin əvəzolunmazı Lionel Messinin 160, "Tottenhem”in və İngiltərə yığmasının ulduzu Harri Keynin və "Liverpul”un əfsanəvi futbolçusu, Misir millisinin hücumçusu Məhəmməd Salahın 150 milyon avro dəyəri var.