29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çindən müharibə ilə bağlı "Ağ kitab" AÇIQLAMASI

02.06.2019

Çin Dövlət Şurası ABŞ-la ticarət müharibəsinə dair Proqramı - "Ağ kitab"ı açıqlayıb.
"Ağ kitab"da iki ölkə arasında başlanan ticarət müharibəsinə görə məsuliyyət ABŞ-ın üzərinə qoyulsa da, Pekinin danışıqlara hazır olduğu vurğulanır.
Sənəddə qeyd edilib ki, Çin ticarət müharibəsi istəmir, ancaq bu müharibədən də qorxmur: "Ehtiyac olsa, Çin sona qədər mübarizə aparacaq. Danışıqlarda ölkələrin suverenliyi hörmətlə yanaşılmalı, istənilən razılaşma  qarşılıqlı faydaya əsaslanmalıdır.  Müəyyən sərhədlər var və Çin prinspial məsələlərdə kompromisə getməyəcək. Çinin gərginlik dönəmində iqtisadiyyatını sağlam əsaslar üzərində inkişaf etdirmək üçün yetərincə resursu var".
Qeyd edək ki, ABŞ və Çin arasında ticarət müharibəsi ötən həftə yeni kulminasiya nöqtəsinə çatıb. Çin iyunun 1-dən başlayaraq ABŞ-dan ixrac edilən 5140 məhsula 60 milyard dollar həcmində gömrük rüsumu tətbiq edib. Pekin bununla ABŞ-ın Çin mallarına yüksək gömrük rüsumu tətbiq etməsinə cavab verib. Pekin eyni zamanda ABŞ-a nadir metalların ixracını məhdudlaşdıracağı ilə də təhdid edib. Bu nadir metallar elektronika və avtomobillərin istehsalında istehsal edilir və ABŞ həmin metalların 80 faizini məhz Çindən idxal edir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Çin mallarına 200 milyard dollar dəyərində yüksək idxal gömrük rüsumu tətbiq edib.