04 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yəmənə hücum edənlərə sürpriz hazırlanır - Nazir

02.06.2019

Bunu Yəmən hökumətinin müdafiə naziri Məhəmməd Nəsir Əl-Atıfi deyib.
SABA agentliyinin məlumatına görə, Hərbi İnam Hazırlığı Komissiyası toplantısında çıxış edən nazir pilotsuz uçuş aparatları ilə raketlər istehsal etdiklərini və bu silahları Yəməndə hərbi əməliyyatlar keçirən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə qarşı istifadə edəcəklərini deyib.
Müxtəlif havadan müdafiə silahlarının istehsalı və inkişaf etdirilməsi məsələlərinin son mərhələdə olduğunu bildirən nazir Husilərin düşmən torpaqlarının dərinliklərindəki böyük əhəmiyyətə sahib nöqtlərə qarşı sarsıdıcı əməliyyatlar təşkil edəcəklərini xəbər verib.
Qeyd edək ki, Husilər son zamanlarda müdafiə mövqeyindən hücum mövqeyin keçiblər. Təşkilat Səudiyyə Ərəbistanında əhəmiyyətli nöqtələrə pilotsuz uçuş aparatları ilə hücum edir. Bunlar arasında Səudiyyə Ərəbistanının qərb sahilindəki Yenbu limanına neft nəql edən boru xətlərindən ikisinə PUA-larla hücum səs-küy yaratmışdı.