04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıdan ABŞ-a uçuşlar dayandırılır

01.06.2019

Azərbaycan Hava Yolları Şirkətindən (AZAL) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərlə əlaqədar olaraq milli aviadaşıyıcı bu il təyyarə parkını artıra bilməyib.
Qeyd olunub ki, bu səbəbdən AZAL aviaşirkətinin marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərara alınıb:
"Bu istiqamətlər üzrə aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit habı kimi istifadə olunması və ölkəmizə böyük turist axınının cəlb edilməsi üçün geniş imkanlar yaradacaq. Yuxarıda sadalanan halları nəzərə alaraq, 2019-cu ilin oktyabrından etibarən Nyu Yorka aviareyslərin dayandırılmasını məqsədəuyğun hesab etdik”.
AZAL-dan onu da bildiriblər ki, 2016-cı ildən etibarən Azərbaycan və ABŞ arasında "Open Skies” (Açıq Səma) aviasiya sazişi qüvvədədir və bu saziş hər iki ölkənin aviaşirkətlərinə iki ölkə arasında qeyri-məhdud sayda uçuşlar həyata keçirməyə imkan verir:
"Ümid edirik ki, ABŞ aviaşirkətləri bu imkandan faydalanacaq və Bakıya birbaşa aviareyslər açacaqlar”.