09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident iki nəfərə yüksək VƏZİFƏ VERDİ

02.04.2018

Prezident İlham Əliyev İ.F.İskəndərovun Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilsin.
***
İlham Əliyev Ə.F.Şıxəliyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin.
"DM"