04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlqar Rəhimov Yaponiya səfiri ilə görüşdü

31.05.2019

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori ilə görüşmüşdür.
Görüşdə MPK prezidenti İlqar Rəhimov Azərbaycanda paralimpiya hərəkatı və sürətli inkişafı, idmançılarımızın beynəlxalq yarışlardakı uğurları, bu hərəkata dövlət qayğısı, uşaq paralimpiya hərəkatı və idmançıların reabilitasiyası, onların məişət şəraitin yaxşılaşdırılması və  cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə geniş məlumat vermişdir. O, qeyd edib ki, hazırda komitənin nəzdində 16 idman növü mövcuddur ki, bunlardan 14-ü yay idman növü, ikisi isə qış idman növləridir.  İ.Rəhimov növbəti Yay Paralimpiya Oyunlarının Yaponiyada keçiriləcəyini xatırladaraq,  Milli Paralimpiya Komitəsinin bu oyunlara ciddi hazırlaşdığını bildirmişdir.  "Tokio 2020" Yay Paralimpiya Oyunlarında  ölkəmizin cüdo, pauerliftinq, taekvondo, atletika, üzgüçülük, güllə atıcılığı, qılınc oynatma və boccia idman növləri üzrə  30 idmançının təmsil edəcəyi  proqnozlaşdırılır ki, bu da Azərbaycanı ötən Paralimpiya Oyunlarındakı statistiq rəqəmlərdə təmsil etmiş  idman növləri və idmançıların sayından çoxluğu ilə fərqlənir.
MPK prezidenti Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiyanın Paralimpiya Komitəsi ilə birgə  əməkdaşlığın qurulmasının hər iki tərəf üçün önəmli olacağını bildirmişdir. 
Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Teruyuki Katori komitə nümayəndələrini qəbul etməkdən məmnun olduğunu qeyd etmişdir. O, nitqində   Yaponiya səfirliyinin dəstəyi ilə ölkəmizdə idman sahəsində də bir sıra layihələrin həyata keçirildiyini bildirmişdir. Belə ki, Gəncə şəhərində cüdo idman zalının Yaponiya səfirliyinin vəsaiti ilə təmir edildiyi və hər il orada "Səfir kuboku" yarışı  keçirildiyi qeyd olunmuşdur. Səfir Teruyuki Katori Azərbaycan Milli Paralimpiya Komitəsi ilə əməkdaşlığa maraqlı olduğunu bildirərək,  birgə layihələrin həyata keçiriləcəyinə ümid etdiyini qeyd etmişdir. 
Sonda, birgə əməkdaşlıq barədə məsələlər geniş müzakirə olunmuşdur.
Yaponiya səfirliyində baş tutmuş görüşdə Milli Paralimpiya Komitənin birinci vitse-prezidenti Natiq Qasımov, vitse-prezident İlham Zəkiyev, baş katib Kamal Məmmədov,  səfirliyin katibi cənab Aşizuka Daici və digər məsul şəxslər iştirak etmişdir.