05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BP-nin vitse-prezidenti azərbaycanlı OLDU

02.04.2018

2018-ci il mayın 1-dən BP-nin Avstraliya üzrə yeni vitse-prezidenti fəaliyyətə başlayacaq.
BP Azərbaycan-dan verilən məlumata görə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına başçılıq edən Emil İsmayılov mayın 1-dən BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olunub.
Emil İsmayılov yeni vəzifədə BP-nin Avstraliyadakı bütün Apstrim (kəşfiyyat və hasilat) biznesinə rəhbərlik edəcək və BP-nin Asiya Sakit Okean regionu üzrə rəhbər qrupunun üzvü olacaq.
O, neft və qaz sənayesində 19 ildən artıq təcrübəyə malikdir. Bu müddət ərzində BP-nin Bakı, Aberdin və London ofislərində müxtəlif vəzifələrdə çalışıb, bir sıra layihə və birgə müəssisələrlə bağlı işlərə və biznes danışıqlarına başçılıq edib.
Emil İsmayılov Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və hüquq fakültəsinin məzunudur.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) bildirib ki, Emil BP-nin regiondakı biznesimizin uğuruna böyük töhfələr verib: "Bunun üçün ona çox təşəkkür edirik. Bir peşəkar azərbaycanlı kadrın belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Emilə BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik!” "DM"