04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Andjey Dudanın rəsmi qarşılanma mərasimi olub

31.05.2019

Polşa Prezidenti Andjey Dudanın rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident Andjey Duda fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Polşa Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Polşanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andjey Dudaya, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.