05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fuad Abbasovun BİLETİ ALINDI

30.05.2019

Azərbaycanlı jurnalist Fuad Abbasovun Bakıya göndərilməsi üçün bilet alınıb.
Bu barədə Report-a Fuad Abbasovun hüquqlarını müdafiə komitəsinin üzvü, "Azərbaycan" cəmiyyətinin sədri Oqtay Hüseynov bildirib.
O deyib ki, bilet 31 may tarixi üçün alınıb.
"Fuad Abbasovun departasiya edilməsi ilə bağlı Ximki Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Bu şikayətlə bağlı məktub sabaha qədər təcridxanaya daxil olmasa, Fuad Abbasov mayın 31-də Bakıya göndəriləcək”.
Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.