02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Mxitaryandan yazdı

30.05.2019

Ermənistanın Baş naziri Nikol Paşinyan "Arsenal” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryana zəng edib.
Bu məlumatı öz Feysbuk səhifəsində Nikol Paşinyan paylaşıb."Nur-Sultandan qayıdan kimi telefonla Henrix Mxitaryanla danışdım və ona Bakının rasist mövqeyi ucbatından iştirak edə bilməyəcəyi "Arsenal” və "Çelsi” komandaları arasındakı oyundan öncə öz dəstəyimi bildirdim”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, bundan öncə Azərbaycan dəfələrlə Mxitaryana Azərbaycanda hər cür təhlükəsizliyin təmini vədi versə də, erməni futbolçu Bakıda baş tutan Avroliqa finalına qatılmayıb. Mxitaryanın bu addımından isə erməni diasporu və Ermənistan mediası geniş şəkildə yararlanaraq Bakıya qarşı hücumlara başlayıb.
UEFA Mxitaryanın Bakıdakı finalda iştirak etməməsi məsələsində Azərbaycanın yanında yer alıb, Bakının Mxitaryana hər cür təhlükəsizlik vədi verdiyini bəyan edib.