09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millət vəikili: "Erməni əsgəri nəyin uğrunda döyüşdüyünü bilmir"

02.04.2018

2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu beynəlxalq aləmə sübut etdi. Bunu  açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
O qeyd edib ki, bu döyüşlər Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu göstərdi:
"Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə işğal altındakı torpaqlarımızı hər zaman azad etməyə qadirdir. Aprel döyüşləri xalqla ordu və xalqla hakimiyyətin ən yüksək səviyyədə vəhdətini nümayiş etdirdi. Aprel hadisələrinə qədər Ermənistan ordusunun guya "məğlubedilməz" bir mifi var idi. Amma bu döyüş həmin mifi tamamilə alt-üst etdi və məlum oldu ki, Ermənistan ordusunda ilk növbədə hərbi vətənpərvərlik ruhu yoxdur, Ermənistan ordusu bu sahədə ciddi problemlər yaşayır. Bu döyüş sübut etdi ki, Ermənistan ordusunun zabitləri, hətta generallarının döyüş hazırlığı olduqca aşağı səviyyədədir və ordunun müasir silahlarla təchizatında ciddi problemlər var. Ermənistan əsgəri nəyin uğrunda döyüşdüyünü bilmir. Çünki erməni əsgərləri Ermənistana aid olmayan torpaqlara görə ölümə göndərilir".
"DM"