02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“WikiLeaks”ın qurucusunun vəziyyəti ağırdır

30.05.2019

Böyük Britaniyanın "Belmarş" həbsxanasında olan "WikiLeaks" portalının qurucusu Julian Assanj səhhətinin pisləşməsi ilə əlaqədar tibbi şöbəyə köçürülüb.
Bu barədə saytın tvitter mikrobloqundakı hesabında məlumat verilib.
Qeyd olunur ki, jurnalist son 7 gün ərzində xeyli çəki itirib və "WikiLeaks" onun sağlamlığından son dərəcə narahatdır.
Eyni zamanda, təşkilat İsveç məhkəməsinin Assanjın məhkəmə prosesinin 30 maydan 3 iyuna keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab vermədiyinə görə bu addımı qınayıb.
Bu gün London Vestminster Məhkəməsində Assanjın ekstradisiyası ilə bağlı dinləmələr planlaşdırılır.
Xatırladaq ki, J. Assanj aprelin 11-də Ekvadorun Londondakı səfirliyində saxlanılıb. O, 2010-cu ildə İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham edilir.
London məhkəməsi jurnalist şərti azadlığa çıxma maddəsini pozduğu üçün onu 50 həftə müddətinə azadlıqdan məhrum edilib.