03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Türkiyə ilə danışıqlar dalana dirənib" - Avropa

29.05.2019

"Türkiyə əvvəlki kimi Avropa İttifaqından uzaqlaşır. Bu səbəbdən də ölkənin təşkilata üzvlüyü ilə bağlı danışıqlar dalana dirənib”.
Bu barədə Avropa Komissiyasının Avropa İttifaqının genişləndirmə siyasəti üzrə illik hesabatında deyilir.
"Türkiyə Avropa İttifaqından uzaqlaşmağa davam edərək qanunun aliliyi və əsas hüquqlar sahəsində ciddi şəkildə geridə qalıb, konstitusiya dəyişikliyinə görə siyasi sistemdə balansı zəiflədib”,- deyə Avropa Komissiyasının hesabatında qeyd edilir. 
Hesabatda həmçinin bildirilir ki, Türkiyə Avropa İttifaqının vacib tərəfdaşıdır və təşkilata üzv olmaq üçün namizəd ölkədir. 
"Miqrasiya və qaçqınlara dəstək sahəsi də daxil olmaqla Türkiyə ilə ümumi maraq kəsb edən əsas sahələrdə yüksək səviyyəli dialoq və əməkdaşlıq davam edir”,- hesabatda vurğulanıb.