03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bolton BƏƏ-də müzakirə aparır

29.05.2019

ABŞ İrana qarşı hansı növbəti addımların qəbul edilməsinin lazım olması ilə bağlı Fars körfəzindəki müttəfiqləri ilə məsləhətləşmələr aparır.
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton BƏƏ səfəri zamanı danışıb.
"Biz regiondakı müttəfiqlərimizlə hansı qərarın qəbul olunması məsələsini müzakirə edəcəyik. Mən bunun üçün buradayam. İranın və Fars körfəzində onun təsirindəki qruplaşmaların fəaliyyətlərinə qarşı cavabımızın necə olacağı barədə danışıqlar aparırıq. İranın fəaliyyətlərinə verdiyimiz cavabda düzgün və məsuliyyətli olmağa çalışırıq. Bizim məqsədimiz İranın bu cür davranışların ABŞ tərəfdən çox güclü qarşılığı olacağını anlamasıdır”, - Bolton bildirib.
Onun sözlərinə görə, Oman körfəzindəki Səudiyyə Ərəbistanına məxsus Fuceyr limanında gəmi və tankerlərə qarşı hücumların arxasında İranın dayanması demək olar ki, təsdiqlənib. Sözügedən vaxtda daha bir hücum planlanılsa da, uğursuz alınıb.
Qeyd edək ki, İran Körfəz ölkələrinə hücum etməmək paktı imzalamaq təklifi ilə çıxış edib.