09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

25 il əvvəl BU GÜN: Kəlbəcərin İŞĞALI +VİDEO

02.04.2018

AzərbaycanınKəlbəcərrayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 25 il keçir.
Kəlbəcərbir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.
Dağlıq Qarabağərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olanKəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsindəKəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri iləKəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.
ErmənilərKəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası,Kəlbəcərşəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü,KəlbəcərTarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar.
Kəlbəcərin işğalından sonraBMTTəhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrinKəlbəcərvə Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib.
Bununla yanaşı,BMTvəATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildənKəlbəcərrayonu ərazisində ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb. "DM"