03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rumıniyalı deputatın cavabı verildi - RƏSMİ

29.05.2019

Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudorun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədikləri onun şəxsi fikirləridir və görünür, o, münaqişənin tarixi və hüquqi aspektlərindən məlumatsızdır.
Bu fikirləri sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva A.Tyudorun "Azərbaycan Qarabağı azad etsə, işğalçı dövlət kimi tanınacaq” fikrinə münasibət bildirərkən deyib.
"Münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi, o cümlədən, Rumıniyanın rəsmi mövqeyi birmənalıdır: Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və münaqişənin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həlli dəstəklənir.
Dağlıq Qarabağın azad olunmasına gəldikdə isə, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək Azərbaycanın şəksiz hüququdur. Bu, BMT Nizamnaməsinin bizə verdiyi hüquqdur”, - o bildirib.
Qeyd edək ki, A.Tyudor Milli Məclisdə (MM) keçirilən "Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini "qarışıq məsələ” adlandırıb.
Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq:
"Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz”.