05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava yağmurlu olacaq, şimşək çaxacaq

29.05.2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 30-da gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi, Böyük Qafqazın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti təşkil edəcək.