05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ən əlverişli ölkə - Sinqapur

29.05.2019

Dünyanın 176 dövlət və ərazi arasında uşaqların böyüməsi, tərbiyəsi üçün ən əlverişlisi Sinqapurdur.
 "The Strait Times”a verdiyi xəbərə görə, bunu "Save The Children” qeyri-hökumət xeyriyyə təşkilatının keçirdiyi araşdırmanın nəticələri ortaya çıxarıb.
Belə ki, həmin ölkə uşaqların ölüm faizi, təhsil imkanları, qidalanma, uşaq əməyi, uşaqlar arasındakı nikahlar, erkən hamiləlik, münaqişələr üzündən köçkünlük, uşaq cinayətkarlığı kimi 8 göstərici nəzərə alınmaqla tərtib olunmuş "End of Chilhood İndex” (uşaqlığın sonu indeksi) adlı indeksin 1000 xallıq cədvəli ilə 989 xala malikdir.
Sinqapurda uşaq ölümünə dair 2017-ci ilin məlumatına görə, hər 1000 doğulan körpədən 2,8 ölən, uşaq cinayətkarlığına dair 2016-cı ilin məlumatına görə isə 19 yaşınadək hər 100 min nəfərdən 0,1 ölüm faktı qeydə alınıb.
Reytinqin top-10-da ardıcıllıqla İsveç, Finlandiya, Norveç, Sloveniya, Almaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika yer alıb.
Uşaqların yaşaması baxımdan dünyanın üç ən əlverişsiz ölkəsi (174-176-cı yerlər) isə Çad, Niger, Mərkəzi Afrika Respublikası hesab edilib./report/