05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayrağımız dünyanın ən hündür binasında

29.05.2019

Ötən gün Dubayda yerləşən Bürc Xəlifə binası 28 May - Respublika Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Xəbəbr verildiyi kimi, göydələn ötən gecə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.
Qeyd edək ki, Bürc Xəlifə dünyanın ən hündür tikilisidir. Binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Bürc Xəlifə 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir.