05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Köçəryan Nikola qarşı aktiv fəaliyyətə başlayıb

29.05.2019

Ermənistanın eks-prezidenti Robert Köçəryan Baş nazir Nikol Paşinyana qarşı aktiv fəaliyyətə başlayıb.
Öz tərəfdarları ilə görüşən Köçəryan yenidən qalib gəlmək istədiyini söyləyib:"10 il əvvəl mənə elə gəlirdi ki, həyatımdakı əsas hadisələr geridə qalıb. Daha proqnozlaşdırıla bilən, rahat həyat məni gözləyir. Yanılmışam”.
O, həbsxananın onu yalnız fiziki baxımdan təcrid edə biləcəyini deyib: "Əksinə, məndə irəliyə getmək, mübarizə aparmaq üçün ciddi və yeni stimul yaranır. Mən şadam ki, bu mübarizəni tək aparmayacağımı görürəm. Mütləq irəliyə gedən, yeni qələbələr gətirən çox aktiv, maraqlı komanda var”.