25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Türk pilotların "F-35" təlimləri dayandırıla bilər

29.05.2019

Rəsmi Vaşinqton türkiyəli pilotların ABŞ-ın 5-ci nəsil qırıcı-bombardmançı "F-35” təyyarələri üzrə təlimlərinin dayandırılmasının mümkünlüyünü gözdən keçirir.
Bu barədə "Reuters” məlumat yayıb.
Məlumata görə, bu, "S-400" zenit-raket komplekslərinin alınması üzrə Ankara ilə Moskva arasında fəal şəkildə aparılan və Türkiyənin NATO-ABŞ müttəfiqlərinin etirazlarına rəğmən davam etdirilən danışıqlarla əlaqədardır.
Buna qədər ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs bildirmişdi ki, "Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması razılaşmasını dayandırmasa, Türkiyəni çox mənfi nəticələr gözləyir”.