29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı alpinist Everesti fəth etdi

28.05.2019

Azərbaycanlı alpinist Vadim Vokryaçko 24 mayda planetin ən yüksək nöqtəsi - Everesti (dəniz səviyyəsindən 8848 metr hündürlük) fəth edib və indi evinə qayıdır. Bu gün axşam onun Bakıya çatması gözlənilir.
Bu barədə Vadim Vokryaçko bildirib.
Alpinistin fəaliyyətini izləyirik və onun əvvəlki fəthləri barədə yazmışdıq.
Everestə olan rəsmi ekspedisiya 15 apreldə Tibetin paytaxtı Lhasa şəhərində başlayıb. Altı ölkədən və on şəhərdən olan iştirakçılar ekpedisiyada iştirak ediblər. Everestə qalxmaq təhlükəli sayılır. Bu dağda yüzlərlə alpinist ölüb, buna görə zirvəni həm də "ölüm dağı” adlandırırlar.
"Himalayan Times” qəzeti yazır ki, yaz mövsümündə Everestdə ölən alpinistlərin sayı 10-a çatıb.