26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Metro gecə 4-ə qədər işləyəcək

27.05.2019

Mayın 29-da Bakıda keçiriləcək Avroliqanın final oyununa görə Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək.
"Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov qafqazinfo-ya açıqlamasında bildirib ki, final oyunu tam yekunlaşanadək stansiyalar gücləndirilmiş rejimdə çalışacaq: "Oyun 22:00-da başlayacaq gecə saatlarınadək davam edəcək. Amma bizdə qatarlar gecə saat 12-yə kimi işləyir. Bununla bağlı Təşkilat Komitəsinin müraciətinə əsasən stadiondan azarkeş axını bitənə qədər metropoliten işləyəcək. Oyundan əlavə vaxt ola bilər, penalti seriyası ola bilər, həmçinin mükafatlandırma mərasimi də nəzərə alınacaq. Buna görə qatarların hərəkəti gecə saat 4-ə qədər davam edəcək, bütün stansiyalara giriş bu saata qədər davam edəcək".
Daşınmanın gedişatında zərurət yaranarsa, xəttə əlavə qatarlar da buraxılacaq: ""Bakı Metropoliteni"nin filan oyunu ilə bağlı tədbirlər planı var. Bizim könüllülərimiz sərnişinlərə, turistlərə mütəmadi olaraq metrodan istifadə, kartların alınması, balansın artırılması prosedurları barədə məlumat verəcək".