25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Çelsi"nin əsas oyunçusu Bakıya gəlməyəcək - səbəbi

27.05.2019

"Çelsi" Bakıya daha bir ciddi itki ilə gələcək.
İngiltərə mediası xəbər verir ki, yarımmüdafiəçi Nqolo Kante Bakıda keçiriləcək Avropa Liqasının final matçında "Arsenal"la mübarizədə komandasına kömək edə bilməyəcək.
O, son məşqində ayağını zədələyib. Diz nahiyəsindən aldığı zədə ciddi olduğu üçün final matçında oynaması ehtimalı çox azdır. Qeyd edək ki, daha əvvəl Ruben və Loftus-Çik Kallum Hadson-Odoinin də zədə səbəbindən oynamayacağı dəqiqləşmişdi.
Xatırladaq ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
"Arsenal" artıq Bakıdadır və ilk məşqini keçirib.