16 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024
11/03/2024

Xalq şairinin səhhəti normaldır

27.05.2019

Səhhətində yaranan problemlərə görə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq şairi Musa Yaqub evə buraxılıb.
Bunu Xalq şairinin nəvəsi Nərgiz Gəraylı deyib.
O bildirib ki, hazırda M.Yaqubun səhhəti normaldır: "Dünən narahat olduğu üçün xəstəxanaya aparmalı olduq. Təzyiqi düşmüşdü. Həkimlər yardım göstərdilər və 1-2 saatdan sonra xəstəxanadan çıxdıq. Hazırda evdədir. Dərmanlarında olan problemlərə görə təzyiqi tez-tez aşağı düşür”.
Qeyd edək ki, Xalq şairi Musa Yaqub İsmayıllı rayonunun Buynuz kəndində yaşayır. Mayın 26-da şairin səhhətində problem yarandığına görə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. (report)