03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Leyla Əliyeva Kamal Abdullanı belə təbrik etdi

26.05.2019

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə ADU-nun rektoru, akademik, tanınmış yazıçı Kamal Abdulla xalq yazıçısı fəxri adına layiq görülüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkə hesabında Kamal Abdullanın "Mən elə sizəm” adlı şeirini paylaşmaqla onu təbrik edib.

Kamal Abdullanın sözügedən şeirini təqdim edirik:

Mənə ağlayan gözləriniz olaydı,

Məni sevən ürəyiniz,

Mən elə sizəm, siz.

Bir az da yaxşı baxsanız,

görərsiniz məni üzünüzdə,

gözünüzdə.

Bir az da yaxşı sevsəniz

Dönərsiniz mənə özünüz də.

Mən elə sizəm, siz.

Başqa ürəyimlə, başqa qayğımla,

Başqa nəfəsimlə, başqa ağlımla

Mən elə sizəm.

Ağacların arasında durmuşdum

Siz yanımdan keçəndə.

Bəlkə ağaca oxşatdınız məni,

bəlkə elə siz özünüz

ağacsınız-

yeriyən ağac?

Bəlkə elə biz hamımız

torpaqdan dikələn ağaclarıq,

əl edirik yarpaq-yarpaq.

Bəlkə elə siz də, mən də

Heç bu ağac deyilik-

bir parça göyük,

bir ovuc torpaq.

Mənə ağlayan gözləriniz olaydı,

Məni sevən ürəyiniz-

Mən elə sizəm, siz.