Sünni deputatlardan Xameneiyə məktub:  Təhqirlərə son qoyun 
    
                          
     
                         26.05.2019
 
    
                        İran Milli Məclisindəki sünni millət vəkilləri ölkənin Ali dini lideri Əli Xameneiyə məktub yazaraq dövlət televiziyasında sünnilərə qarşı edilən təhqirlərlə bağlı tədbir görülməsini tələb edib.
Sözügedən məktubda imam Həsənin doğum günü üçün təşkil edilən və dövlət televiziyasında canlı yayımlanan proqramda müsəlmanlara qarşı təhqiredici ifadələrin işlədildiyi qeyd edilib.
Məktubu 17 sünni millət vəkilinin imzaladığı bildirilib.