07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Messi 6-cı dəfə "Qızıl buts"u qazandı

25.05.2019

"Barselona" futbolçusu Lionel Messini karyerasında 6-cı dəfə "Qızıl buts" mükafatını alması münasibətilə təbrik edib.
 La Liqanın 34 oyunun 36 qol vuran və 13 məhsuldar ötürmə edən argentinalı hücumçu birinci yeri tutub.
Messinin "Qızıl top" uğrunda mübarizədə ən yaxın rəqibi PSJ-nin forvardı Kilian Mbappe olub. Mbappe ondan 3 qol az vurub. Üçüncü yeri 26 qolla "Sampdoriya"nın hücumçusu Fabio Kvalyarella tutub.
"Qalatasaray"ın oyunçusu Mbaye Diange 30 qol vursa da, "Top-5"lə müqayisədə Türkiyə Super Liqasının əmsalı 2 yox, 1,5 olduğu üçün o, 4-cü yerlə kifayətlənib. 5-11-ci yerlərdə isə hərəyə 22 qola malik Məhəmməd Salah, Sadio Mane (hər ikisi "Liverpul"), Robert Levandovski ("Bavariya"), Nikolya Pepe ("Lill"), Duvan Sapata ("Atalanta"), Pyer-Emerik Obameyanq ("Arsenal") və Kşiştof Pyontek ("Milan") qərarlaşıb.
Qeyd edək ki, Lionel Messi daha əvvəl 2010, 2012, 2013, 2017 və 2018-ci illərdə də "Qızıl buts"a sahib olub.