07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhərin əsas çıxışlarından biri BAĞLANIR

24.05.2019

Mayın 26-da Bakının şimal çıxışı 4 saatlıq bağlanacaq.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, aparılacaq işlərlə bağlı sərnişin avtobuslarında gecikmələrin olma ehtimalı yoxdur:
"Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar magistralın sözügedən hissəsində mayın 26-da səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq".
N.Allahyarova qeyd edib ki, alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edəcəkləri üçün gecikmələrin olma ehtimalı yoxdur.