07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mey ağlaya-ağlaya istefa verdi - VİDEO

24.05.2019

Böyük Britaniyanın baş naziri Tereza Mey istefası barədə bəyanatını emosional notlarla bitirib.
Çıxışının sonunda o, göz yaşlarını saxlaya bilməyib.
"Mən tezliklə şərəflə tutduğum vəzifədən gedirəm. İkinci qadın baş nazir oldum, amma əminəm ki, sonuncu deyil. Çox sevdiyim ölkəmə xidmət etmək imkanım olduğu üçün sonsuz təşəkkür edirəm”, - deyən xanım Mey fikirlərini ağlayaraq tamamlayıb.
Qeyd edək ki, bu gün Tereza Mey iyunun 7-də Mühafizəkarlar partiyasının sədrliyindən gedəcəyini açıqlayıb. Bu o deməkdir ki, T. Mey həm də baş nazir postunu tərk etməlidir. Bununla belə, o, partiyaya yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalacaq. Yeni liderin seçimi rəsmi olaraq iyunun 7-dən başlayacaq, proses altı həftəyədək çəkə bilər.