05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanın ən uzun dəmiryolu xətti işə salındı

24.05.2019

Cümə axşamı Transsibir magistralı ilə Yaponiyadan Polşaya ilk transit konteyneri nəql olunub.
Bu barədə Rusiyanın Nəqliyyat nazirinin müavini Vladimir Tokaryov "RİA Novosti”yə açıqlama verib.
"Ötən gün Yaponiyadan Polşaya ilk transit konteyneri göndərdik. Bu, ilk daimi, sınaq konteyneridir. Ümid edirəm ki, yapon iş adamlarının marağına səbəb olacağıq, onlar Transsibirin rəqabətədavamlı olduğunu və onunla yüklərin daşınmasının daha tez, ucuz, rahat və təhlükəsiz başa gəldiyini görəcəklər”, - deyə nazir müavini bildirib.
Transsibir magistralı (Transsib) dünyanın ən uzun dəmiryolu xətti sayılır, uzunluğu 9288,2 km təşkil edir. Xəttin yük buraxıcılıq qabiliyyəti ilə 100 milyon tondur. Magistral tam yüklənəcəyi təqdirdə Çinin "Bir kəmər - bir yol” layihəsinə alternativ ola bilər.