09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-dan GERİ ADDIM: YPG-yə dəstəyi DAYANDIRDI - VİDEO

31.03.2018

ABŞ prezidenti Donald Tramp Xarici İşlər Nazirliyinə YPG (PKK-nın Suriya qolu) terror təşkilatının nəzarət etdiyi ərazilərin yenidən qurulması üçün ayrılan 200 milyon dollarlıq yardımı dayandırıb.
"Dövran Media" xəbər verir ki, ABŞ rəsmiləri bununla Ağ evin ABŞ-ın Suriyadakı rolunu dəyərləndirdiyini iddia edir.
Məlumata görə, yardımın dayandırılması barədə qərar Trampın ABŞ ordusunun Suriyadan çəkiləcəyinə dair çıxışına paralel olaraq verilib. Bu qərarın son vaxtlar Suriyada vəziyyətin dəyişməsi ilə əlaqədar olduğu bildirilir.
Xatırladaq ki, ABŞ prezidenti ötən ilin noyabrında Suriyada İŞİD-lə mübarizə çərçivəsində dəstəklədikləri qruplara 500 milyon dollar yardım ayrılması barədə qərar qəbul etmişdi. Bunun 200 milyonunun isə YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü – red.) çatdırılması nəzərdə tutulurdu.