29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Oliqarxların gizli görüşü: Paşinyan devrilir?

23.05.2019

Bir neçə gün əvvəl Ermənistanın məşhur oliqarxlarından birinin villasında Qarabağ generalları və erməni oliqarxlarının gizli görüşü baş tutub.
Bu məlumatı "Jamanak” qəzeti yayıb. Qəzet görüşü qondarma rejimin müdafiə nazirinin keçmiş müavini Samvel Karapetyanın təşkil etdiyini bildirib.
İddiaya görə, görüşdə tərəflər Paşinyanın devrilməsi məsələsini müzakirə ediblər. Görüşdə Paşinyanın bir müddət əvvəl xüsusi güzəştlərlə təmin etdiyi oliqarx Samvel Aleksanyanın da iştirak etdiyi vurğulanıb.
Qeyd edək ki, Samvel Karapetyan "Oqanov Samo” ləqəbi ilə tanınır. Qarabağdakı döyüşlərin aktiv iştirakçısı olub. Horadiz əməliyyatında ordumuzun gülləsinə tuş gələrək ağır yaralanıb və yalnız 3 günlük əməliyyatdan sonra onun həyatını xilas etmək mümkün olub.