29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnstitutun direktoru Keşikçidağa göndərildi

23.05.2019

Mədəniyyət Nazirliyinin "Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən KeşikçiDağ Dövlət Tarix Mədəniyyət Qoruğuna baxış keçirilib.
İnstitutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə əraziyə ilkin baxış keçirib.
Eyni zamanda qoruğun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
T.Kərimli açıqlamasında deyib ki, Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunda infrastruktur yaradılacaq: "Hazırda qoruğun inzibatı binasının yaradılması üçün danışıqlar aparılır. Çünki işçilərin daimi olaraq iş otaqlarının olması vacibdir. Eyni zamanda ərazidə yolların təmir-bərpası həyata keçirilməlidir. Mağaralarda konservasiya (mühafizənin təşkili) işlərinin həyata keçirilməsi zəruridir. Bütün bunların hamısının həyata keçirilməsi gündəlikdə duran məsələlərdəndir. Biz qoruğa bu məsələlərin reallaşdırılması məqsədi ilə baxış keçirmişik”.