29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Avon" kosmetika şirkəti biznesini satır

23.05.2019

İngiltərə-ABŞ kosmetika şirkəti "Avon" Braziliyanın "Natura Cosmeticos" şirkəti ilə biznesinin satışı mövzusunda müzakirələr apardığını təsdiqləyib.
 "Kommersant"ın verdiyi xəbərə görə, danışıqlar yaxşı gedir, lakin bu, tərəflərin mütləq razılığa gələcəyi anlamına gəlmir.Daha əvvəl "Financial Times" müzakirələr prosesinə yaxın olan mənbələrinə istinadən söhbətin birləşmədən getdiyini xəbər vermişdi. Məlumata görə, "Natura" müştərək şirkətin səhmlərinin 76%-nin sahibi olacaq, qalan pay isə "Avon"un mövcud səhmdarlarında qalacaq.
Qeyd edək ki, son illərdə problemlər yaşayan "Avon" yanvarda işçi ştatını 2,7 min azaltmaq məcburiyyətində qalıb. Şirkətin bazar kapitallaşması isə 1,4 milyard dollara qədər aşağı düşüb.
"Financial Times" məlumatına görə, "Natura Cosmeticos" şirkəti "Avon"un biznesini 2 milyard dollar həcmində qiymətləndirib./report/