25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Arsenal" azarkeşləri təxribata əl atdılar

23.05.2019

İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının finalı öncəsi təxribata əl atıblar.
Report-un "The Sun"a istinadən verdiyi xəbərə görə, fanatlar "Twitter" sosial şəbəkəsində "Çelsi"nin futbolçuları N Qolo Kante, Eden Azar, Kepa Arrisabalaqanı hədəfə alıblar.
Onlar hər üç futbolçunun erməni olduğunu üçün Bakıdakı finalda iştirak etməmələrini istəyiblər.
Riçard adlı "Twitter" istifadəçisi tətildə Ermənistana getdiyini, nənə və babalarını ziyarət etməyə gedən Kante və Azarın da orada olduğunu yazıb.
Digər bir fanat isə Arrisabalaqanın DNT testindən sonra 62 faiz erməni olduğunu yazıb.
Qeyd edək ki, "Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi "Çelsi” ilə qarşılaşacaq.