10 10 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Politoloq: Kreml bu ölkənin inkişafını istəmir

22.05.2019

"Moskva Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin yüksək reytinqindən narahatdır”.
Bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.
Rusiyanın Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski ilə bağlı mövqeyini şərh edən siyasi şərhçi bildirib ki, Kreml Ukraynada zəif bənd görmək istəyir:
"Halbuki, Zelenski deyir ki, Donbasda müharibə istəmir və əsirləri "hamının hamıya” prinsipi ilə azad etməyə hazırdır. Kreml bunu Ukraynanın keçmiş prezidenti Petro Poroşenkodan tələb edirdi. Poroşenkonun yanaşması fərqli idi. Ancaq Zelenski faktiki Kremlin istəyini müzakirə etməyə hazırdır. Bu dəfə isə Kreml məsələni uzatmağa üstünlük verir. Kreml düşünür ki, Zelenski ilə əldə olunacaq razılıq yeni prezidentin Ukraynadakı mövqelərini daha da gücləndirəcək, bu isə Moskvaya lazım deyil. Kreml Ukraynada zəif prezidentin olmasını istəyir ki, bu ölkə inkişaf etməsin, dağılma təhlükəsindən qurtulmasın”.