09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Soyqırımın 100 illiyi ilə bağlı BƏYANAT

30.03.2018

Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul olunub.
Bəyanatı Milli Məclisin xüsusi iclasında sədr müavini Bahar Muradova oxuyub. Bəyanatda ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törətdiyi soyqırım və deportasiya faktları sadalanıb. Sənəddə bildirilir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin tabeliyində olan daşnak qruplaşmaları azərbaycanlıları qarşı mənsubiyyətinə görə soyqırıma məruz qoyub: "Bu, ermənilərin "Böyük Ermənistan” xülyası naminə törətdikləri qətliamların ən böyük səhifələrindən biridir”.
Bəyanatda deyilir ki, həmin siyasətin davamı olaraq 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlayıb və bu, torpaqların işğalı, azərbaycanlıların kütləvi qətli, etnik təmizləmə ilə nəticələnib.
Sənəddə BMT-nin və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qətnamələrinin hələ də icra olunmaması xatırladılıb, ədalətin bərpası tələb olunub.
Və sonda bəyanat səsə qoyularaq qəbul edilib.
"DM"