07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran bu məhsula qadağanı ləğv edib

21.05.2019

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin göstərişi ilə soğan ixracına qadağa ləğv olunub.
Bu barədə Trend Gənc Jurnalistlər Klubuna (YJC) istinadən məlumat verib.
Məlumata əsasən, soğan satışında İranın cənubunda yerləşən Xuzistan vilayəti təsərrüfatçılarının problemlərini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhsulun miqdarının artıq olduğu təsdiqlənib.
İranın sənaye, mədən və ticarət naziri bunu əsas götürərək soğanın ixrac edilməsi ilə bağlı gömrük orqanlarına göstəriş verib və bu gecədən soğan ixracına qadağa ləğv olunur.
Xatırladaq ki, İranda yerli bazarı tənzimləmək məqsədilə 4 aprel tarixindən soğanın ixracı İranın sənaye, mədən və ticarət nazirinin göstərişi ilə qadağan olunmuşdu.