03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Türkiyə “S-400”-ləri almaq məcburiyyətindədir"

20.05.2019

"Türkiyə hava hücumundan müdafiə sistemini qurana qədər "S-400”-ləri almaq məcburiyyətindədir. Bəlli bir müddətdən sonra Türkiyə öz hava hücumundan müdafiə sistemini quracaq”.
Bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) baş katibi Numan Kurtulmuş bildirib.
Baş katibin sözlərinə görə, "S-400”lərin alınması Türkiyənin üzv olduğu NATO-ya heç bir zərər vermədiyi halda, ABŞ-ın bu məsələdən narazılıq yaratması anlaşılan deyil və Türkiyə israrla ABŞ-ı anlayışa dəvət edir: "Türkiyə NATO üzvü olaraq ABŞ-la 1952-ci ildən bu yana müttəfiq ölkədir. Türkiyə bu anlamda NATO-nun hansı ehtiyacı varsa, ödəyib. İndi ABŞ-ın NATO-da, xüsusilə Cənubi Avropa sərhədləri içərisində bu qədər önəmli ölkə olan Türkiyəyə şübhəylə yanaşması, rəqabət dili ilə danışması ittifaq şərtlərinə uyğun gəlmir. Amerikalılar Türkiyəni anlamalıdır.  Türkiyə ABŞ-ı bu mövzuda razı salana qədər israr edəcək”.