09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bəxtiyar Sadıqov: "Azərbaycanda söz azadlığı mövcuddur..."

30.03.2018

Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur, lakin söyüş və təhqir azadlığının qarşısı alınmalıdır.
"Dövran Media"nın məlumatına görə, bunu Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş direktoru Bəxtiyar Sadıqov "İnternet mediada milli-mənəvi dəyərlərin qorunması və neqativ hallara qarşı media həmrəyliyi" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.
B.Sadıqov bildirib ki, Azərbaycandan kənara çıxan bəzi insanlar ölkəmizə qarşı çirkin kampaniyaya qoşulurlar, təhqir və böhtan yağdırırlar:
"Xaricdə olan soydaşlarımız Azərbaycanın haqlı mübarizəsinə dəstək verir, ancaq bəziləri çirkin yolu seçir. Azərbaycan 20 mindən çox şəhid verib. Kim xaricdə Azərbaycan xalqının haqlı mübarizəsinə dəstək vermirsə, o, Azərbaycanın düşmənidir”.
Deputat qeyd edib ki, mübarizə aparanda da şərəflə aparmaq lazımdır: "Mübarizə aparırsansa, siyasi mübarizə apar, lakin əgər sən söyüş söyürsənsə, deməli, sənin əlində arqumentin yoxdur, mübarizə aparmaq gücün yoxdur. Bu gün bütün jurnalistlər Azərbaycan dövlətinə qarşı bu cür şərəfsiz mübarizə aparanlara qarşı birləşməlidir və bu mübarizədən heç kim kənarda qalmamalıdır”.