02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Andiçmə mərasimi baş tutdu - VİDEO

20.05.2019

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi baş tutub.
V.Zelenski Ukrayna parlamentinin sessiya zalında keçirilən inauqurasiya mərasimində and içib.
Daha sonra andiçmə mətnini imzalayıb və dövlət başçısının rəsmi hakimiyyət rəmzlərini alıb.
Andiçmə mətni Konstitusiya Məhkəməsinin sədrinə təqdim olunub. Sədr isə öz növbəsində Zelenskinin prezident vəzifəsinin icrasına başladığını elan edib.
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Ali Radanın buraxıldığını elan edib.Bu barədə prezidentin andiçmə mərasimindən sonrakı çıxışı zamanı elan olunub.
Ukrayna parlamentinə yeni seçkilərin vaxtı yaxın zamanlarda açıqlanacaq.
Qeyd edək ki, aprelin 21-də prezident seçkilərinin ikinci turunda qalib gəlmiş Vladimir Zelenski aniçmə mərasimi mayın 20-də keçirilib.