02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Fiziki məhdudiyyətli olmaq onların qüsuru deyil" - Sosial layihə

20.05.2019

"Dövran Media" xəbər verir ki, 30 may saat 19:00-da Nizami k/t-da gənc fəallar, Namidə İsayeva, Dilşad Musa və Orxan Əşrəflinin təşəbbüsü və təşkilatçılığı ilə daun sindromlu və fiziki məhdudiyyətli uşaqlar və gənclərə həsr edilmiş "Fərqinə var" sosail tədbiri keçiriləcək. 

Layihənin əsas məqsədi "daun sindromlu və ya fiziki məhdudiyyətli olmaq onların qüsurur deyil, sadəcə fərqlilikləridir. Cəmiyyət olaraq bu insanlara dəstək olmaq hər birimizim mənəvi borcumuzdur" sosial mesajını verərək, belə insanları daha çox diqqət mərkəzində saxlamaqdır. Layihə rəhbərlərindən biri Namidə İsayeva ilə söhbətimizdə bildirdi ki, "istədiyimiz cəmiyyətdə belə insanlara qarşı mənfi münasibəti dəyişməkdir. Daun simdromlu və ya fiziki məhdudiyyətli insanları restoranda, küçədə gördüyümüz zaman onlara qəribə nəzərlərlə baxan bir cəmiyyət olmamalıyıq. Əksinə, onlar sevgimizi hiss etməlidirlər və çox istərdik ki, bu layihədə bizə qoşulan insanlarımız da çox olsun. Bizə qoşularaq sadəcə mənəvi, təmənnasız olaraq bu insanlara sevgi göstərsinlər"

Xatırladaq ki, 30 may tədbirə giriş sərbəst olacaq. Daun sindromlu və fiziki məhdudiyyətli olsalar belə, hər kəsə örnək ola biləcək insanlar tədbirdə öz həyat hekayələrini danışacaqlar. Belə insanlarla işləyən həkimlərimiz öz sahələrində onlara necə dəstək olduqlarını, onların psixologiyası, qidalanması, onlarla necə davranılması ilə bağlı maarifləndirici çıxışlar edəcəklər. Tədbir musiqi proqramı ilə başa çatacaq.