09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şahzadədən MÜHARİBƏ ANONSU: "Qaçılmaz olacaq "

30.03.2018

"Dövran Media” Ria.novostiyə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının varisi şahzadə Məhəmməd ibin Salman əl-Səid 10-15 ildən sonra İranla hərbi münaqişənin olacağı ehtimalı barədə xəbərdarlıq edib. 
Wall Street Journal qəzetinə müsahibəsində taxtın varisi beynəlxalq birliyı regionda hərbi qarşıdurma yaranmaması üçün Tehrana qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb. Ər-Riyad Yəməndə üsyançılara qanunsuz olaraq silah göndərilməsində Tehranı günahlandırır, orada 2014-ci ildən Ənsər Alla şiə hərəkatından husi üsyancıları ilə hökumət qoşunları arasında silahlı münaqişə indiyə qədər davam edir. Hakimiyyət dairələri başda Ər-Riyad olmaqla ərəb koalisiyasını havandan və yerdən dəstəkləyir, buna cavab olaraq husilər səudiyyə ərazisinə mütəmadi raket atırlar. Noyabr ayında koalisiya üsyançıların Ər-Riyada ballistik zərbə endirmək cəhdindən sonra Yəməndə bütün dəniz və hava limanlarını blokadaya alıb. BMT ölkədəki humanitar vəziyyətlə bağlı narahatlığını bildirib. Belə ki, koalisiya blokadanı zəiflədərək Yəmənin paytaxtı Sənada üsyancıların nəzarətində olan hava limanını, həmcinin humanitar yardım ücün Hodeydə və Salif limanlarını acıb.