02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Saakaşvili tərəfdarlarını hücuma səslədi

19.05.2019

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili özünün Vahid Milli Hərəkat Partiyası və tərəfdarlarını hücuma səsləyib.
Bu barədə Saakaşvili Feysbuk hesabındakı video müraciətdə bildirib.
"Biz hücum və ancaq hücum etməliyik. Bizi hər dəfə seçkidən məhrum edirlər, seçkiləri saxtalaşdırırlar. İvanişvili hər dəfə fərqli fəndlərə əl atır”, - Saakaşvili söyləyib.
Qeyd edək ki, bu gün Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli, o cümlədən Zestafoni, Xulo, Çiatura və Zuqdidinin meri postuna seçkilər keçirilir. Saqareco, Ahmeta, Adigeni, Tkibuli, Zestafoni, Çiatura, Ozurqeti və Tsxaltuboda bələdiyyə Məclisinin üzvləri də seçiləcək.