Saakaşvilidən Zelenskiyə məsləhət:  Moskva ilə oynama 
    
                         
     
                         19.05.2019
 
    
                        Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskiyə Moskva ilə münasibətləri necə qurmaq lazım olması barədə məsləhət verib.
Bu barədə Saakaşvili "Naş” telekanalında çıxışı zamanı danışıb.
Saakaşvilinin sözlərinə görə, Moskva danışıqlara qadir deyil. Bu səbəbdən Zelenski Moskva ilə oynamamalıdır.
Ukraynanı "kölgə dövlət” adlandıran Saakaşvili Zelenskini mövcud daxili-siyasi problemlər barədə xəbərdarlıq edib.