Eduard Məmmədov yeddinci dəfə  Dünya Kubokunu qazandı  
    
                         
     
                         18.05.2019
 
    
                        Tanınmış idmançımız Eduard Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən kikboksinq üzrə 25-ci Dünya Kubokunu qazanıb.
O, veteranlar arasında keçirilən döyüşlərin qalibi olub. Bu, onun qazandığı yeddinci Dünya Kubokudur.
Qeyd edək ki, Azərbaycan Dünya Kubokunda geniş heyətlə təmsil olunur. Bu gün yeniyetmə kikboksçularımız mübarizə aparır.